“Putin məsuliyyətə cəlb olunacaq” -ABŞ rəsmisi
“Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Mariupol şəhərinin dinc sakinlərinə, xüsusilə martın 17-də şəhərdən təxliyə olunanlara, həmçinin martın 16-da şəhərdəki teatr binasına sığınmış, ümumi sayı 1200 nəfərdən ibarət qadınlara, uşaqlara qarşı məqsədyönlü hücumuna görə məsuliyyətə cəlb olunacaq”.
Yenixeber.org: Belə bir açıqlama ilə ABŞ-ın Ukraynadakı səfirliyi çıxış edib.
Açıqlama səfirliyin “Tvitter” şəbəkəsindəki səhifəsində yerləşdirilib.