Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qubada yol polisləri qarlı havada sürücülərə kömək ediblər-FOTOLAR

  

      Ölkə ərazisində havanın yağıntılı keçməsi, yağan qar yollarda avtomobillərin hərəkətinə müəyyən çətinliklər yaradıb. Bunu nəzərə alan yol polisləri qabaqlayıcı profilaktik tədbirlər keçirməklə bir çox xoşagəlməz hadisələrin qarşısını alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları istər yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə, istər sürüşkən yolları keçməkdə çətinlik çəkən piyadalara köməklik göstərirlər. Bununla yanaşı, polis əməkdaşları yolların təmizlənməsi, qum və duz səpilməsinin təşkili prosesində də fəallıq nümayiş etdiriblər. Gün ərzində hərəkət tənzimlənərək xüsusilə yolayrıcılarında nəqliyyatın sıxlığının baş verməsinin qarşısı alınıb.

Eyni zamanda, yol polisi əməkdaşları qış təkərləri olmayan və texniki cəhətdən bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə də qarlı-buzlu havada yola çıxmamağı tövsiyə ediblər.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam