Redaktor seçimi
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Günün xəbəri

Qusar Rayon Polis Şöbəsi -gücləndirilmiş rejimdə çalışır

 

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri qabaqlayıcı tədbirlər həyata keçirirlər.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan yenixeber.org-a verilən məlumata görə, RPŞ-nin PPX bölüyünün əməkdaşları xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər. Bundan əlavə sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparan polislər, onlara yollarda olan vəziyyət haqqında məlumatlar verirlər.

Həmçinin RPŞ-nin Dövlət Yol Polisi bölməsinin inspektorlar tərəfindən rayon ərazisində nəqliyyatın hərəkəti tənzimlənir, qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət olunur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam