Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Quba polisi -gücləndirilmiş iş rejiminə keçib

Quba polisi gücləndirilmiş iş rejiminə keçib.

Yenixeber.org: Turistlərin sayının artması, eləcə də rayon ərazisində hərəkətin intensiv olması ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ərazidə təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Belə ki, Quba RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin (DYP) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən rayon ərazisində və istirahət zonalarında yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür. 

İnspektorlar tərəfindən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparılır, müvafiq sənədlər yoxlanılır. Bundan əlavə YPX-nin əməkdaşları qonaqların istirahət edəcəkləri ərazi üzrə yollarda olan vəziyyət haqqında onlara məlumat verirlər.

Quba RPŞ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları da rayon ərazisində gücləndirilmiş iş rejimində çalışırlar. Onlar təhkim olunmuş xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam