Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

Gürcüstan hökuməti prezidenti MƏHKƏMƏYƏ VERİR - SƏBƏB

Gürcüstan hökuməti prezidenti MƏHKƏMƏYƏ VERİR – SƏBƏB

Gürcüstan hökuməti Prezident Salome Zurabişvili ilə bağlı ölkənin Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Yenixeber.org: Bu barədə hakim “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının bəyanatında bildirilib.

Sənəddə qeyd olunub ki, dövlət başçısı xarici siyasətin həyata keçirilməsi prosesində ölkə konstitusiyasını pozub və Konstitusiya Məhkəməsi bunu təsdiq etməlidir.

Hakim partiyadan bildirilib ki, son bir il ərzində prezidentin hökumətin irəli sürdüyü səfir və ya diplomatik nümayəndənin təyinatından imtina etməsi iə bağlı çoxsaylı hallar olub və bu da konstitusiya ilə kobud şəkildə ziddiyət təşkil edir.

Bəyanatda həmçinin vurğulanıb ki, dövlət başçısının hökumətlə razılaşdırılmadan xarici ölkələrə bir neçə səfəri də konstitusiyanın pozulmasıdır və hakim partiya buna siyasi cavabın verilməsini zəruri hesab edib. “Gürcü Arzusu” S.Zurabişvilinin konstitusiyanı qəsdən pozması ilə bağlı şübhəsini gizlətməyib./report/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam