Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

XARKOVA HÜCUM DƏF EDİLDİ -Ruslar şəhərdə mülki obyektləri bombalayır -VİDEOLAR

Bu gün səhər saatlarında Xarkov şəhərinin mərkəzi hissəsinin atəşə tutulması nəticəsində ölən və yaralananlar var.

Yenixeber.org: Bu barədə Ukraynanın Xarkov vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib.

Məlumata görə, inzibati binalarda qəza-xilasetmə işləri davam etdirilir.

“Hazırda dağıntılar altından 10 nəfər xilas edilib. İlkin məlumata görə dörd nəfər ölüb, doqquz nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, rus ordusu Xarkovda polis idarəsi və universitet binası vurub, ölənlər var. 

***

Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov Rusiya ordusunun ötən gün axşam saatlarından başlayaraq Xarkov şəhərinə havadan və qurudan başlatdığı şiddətli hücumların nəticəsi barədə məlumat verib. Vilayət rəhbəri özünün Facebook səhifəsində bildirib ki, martın 1-də günün ikinci yarısından başlayaraq Rusiya ordusu Xarkovu intensiv olaraq artilleriyadan, aviasiyadan və reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub.

“Bütün hücumlar dəf edilib, düşmən ağır itkilər verib, təkcə zirehli texnika itkisi 40-dan çoxdur, mövqelər əldə saxlanılıb”, - Sinequbov bildirib.

Vilayət rəhbəri onu da qeyd edib ki, Ukrayna qüvvələri düşmənin diversiya-kəşfiyyat dəstələri ilə döyüşə girib, diversantlar şəhərdən çıxmağa çalışarkən hərbi hospitala hücum ediblər. 

“Bütün diversiya-kəşfiyyat qrupları məhv edilib. Bir düşmən təyyarəsi vurulub, pilot katapult edib, ancaq yerdə özünü güllələyib”, - o bildirib.

Rusiya ordusunun hücumu nəticəsində Xarkovda böyük dağıntılar var, dinc əhali arasında çoxsaylı ölənlərin olduğu təxmin edilir.

***

Martın 2-si səhər saatlarında Xarkov şəhərinin mərkəzi yenidən rus ordusu tərəfindən raket zərbələrinə məruz qalıb.

Bu dəfə əsas hədəf Xarkov şəhərinin Baş Polis İdarəsi olub. Raketlərdən biri Karazin adına Universitetin binasına düşüb. Yanğın ətrafdakı yaşayış binalarına da keçib. Hələ ki, insan itkiləri barədə məlumat verilmir. Hadisə yerində xilasedicilər işləyir.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam