Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ukraynanın itkiləri:198 ölü, 1115 yaralı

Ukraynanın itkiləri:    198 ölü, 1115 yaralı   
Ukrayna ölkədə baş verən müharibə ilə əlaqədar itkilərini açıqlayıb. 
Yenixeber.org:  Bu barədə yerli media məlumat yayıb.
Bildiriir ki, səhiyyə naziri Viktor Lyaşko sosial şəbəkələrdə 3-ü uşaq olmaqla 198 nəfərin rus hərbçiləri tərəfindən öldürülməsi barədə məlumat paylaşıb. Onun sözlərinə görə 1115 nəfər yaralanıb.

- Təəssüf ki, əməliyyat məlumatlarına görə, işğalçıların əli ilə 198 nəfər həlak olub, onlardan 3-ü uşaqdır. 1115 insan isə müxtəlif bədən xəsarətləri ilə yaralanıblar. Yaralılardan 33-ü uşaqdır, - Lyaşko deyib.

O, ötən gecə Xersondakı sığınacaqda quraşdırılmış doğum evində partlayış səsləri altında 2 körpə oğlanın doğulduğunu da söyləyib.


Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam