Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Dövlət Xidməti -"Aztelekom"un üzərinə rəqibləri ilə bağlı öhdəliklər qoyub

Dövlət Xidməti Aztelekomun üzərinə rəqibləri ilə bağlı öhdəliklər qoyub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin ümumistifadəli, telekommunikasiya şəbəkəsindən istifadə zamanı yaradılan maneələr barədə bir sıra özəl internet servis provayderlərinin müraciətləri ilə əlaqədar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.

Yenixeber.org:  Bu barədə Dövlət Xidmətindən xəbər verilir.

Məlumata görə, işə baxılması zamanı şirkətin telekommunikasiya fəaliyyətinin rəqəmsal transformasiya siyasətinə uyğun təşkil edəcəyini, həmçinin dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bu sahədə narazılıqları aradan qaldıracağını bildirib, xidmətlərin istehlakçılara çatdırılması prosesində özəl provayderlərin daha geniş iştirakına şərait yaradılacağına, onların telekommunikasiya şəbəkəsində iştirakı barədə müraciətlərinə ayrı-seçkilik qoyulmadan qanunvericiliyin tələbləri çərçivəsində baxılacağına zəmanət verib.

Bununla yanaşı, Dövlət Xidmətinin qərarında şirkətin telefon kommunikasiya xidmətlərinin göstərilməsi sahəsində rəqabət mühitinin yaradılması üçün bazar iştirakçılarının müraciətlərinə baxmasının, habelə şəbəkəyə giriş, icarə üzrə aydın və bərabər şərtləri nəzərdə tutan ümumi qaydaları qəbul etməsinin, icarə tarifləri müəyyənləşdirməsinin, sənədlərin rəsmi internet portalında yerləşdirilməsinin 30 aprel 2022-ci il tarixinə qədər təmin etməsinin zəruriliyi qeyd olunub.

Dövlət Xidmətində işə baxılma zamanı “Aztelekom”un üzərinə götürdüyü öhdəliklər, o cümlədən qeyd edilən hallar və verdiyi zəmanət nəzərə alınaraq qaldırılmış iş üzrə icraata xitam verilib.

Qərarda həmçinin, telefon kommunikasiya xidmətlərinin göstərilməsi sahəsində bazar iştirakçılarının fəaliyyətinə gələcəkdə maneələrin yaradılacağı və “Aztelekom” yuxarıda göstərilən öhdəlikləri yerinə yetirilmədiyi halda Dövlət Xidmətinin təbii inhisarlar haqqında qanunvericilikdə nəzərdə tutulan tədbirlər görəcəyi əks olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam