Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə–Azərbaycan Rəqəmsal Transformasiya Forumu təsis edilib

Türkiyə–Azərbaycan Rəqəmsal Transformasiya Forumu təsis edilib

Rəqəmsal transformasiya sahəsində həyata keçiriləcək layihələrə özəl sektorun cəlb edilməsi, B2B və B2G formatlarda əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə–Azərbaycan Rəqəmsal Transformasiya Forumunun təsis edilməsi və ilk tədbirin 2022-ci ilin sonunda təşkili barədə qərar qəbul edilib.

Yenixeber.org: Bu qərar Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun və Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədr müavini Yavuz Emir Beyribəyin həmsədrliyi ilə Rəqəmsal Transformasiya üzrə Azərbaycan –Türkiyə işçi qrupunun videokonfrans formatında ilk iclasında qəbul olunub.

Məlumata əsasən, iclasda 14 sentyabr 2021-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə işçi qrupunun Yol Xəritəsi”ndə qeyd olunan əməkdaşlıq istiqamətləri üzrə 2022 – 2023-cü illər ərzində görüləcək işlər müzakirə edilib.

Qeyd edək ki, bu istiqamətlərə fərdi məlumatların mühafizəsi, kibertəhlükəsizlik, “Hökumət buludu”, Rəqəmsal Transformasiya Konsepsiyası daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam