Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkmənistanda icra başçısının müavini prezidentliyə namizəd olub

Türkmənistanda icra başçısının müavini prezidentliyə namizəd olub

Türkmənistanda növbədənkənar prezident seçkilərində mübarizə aparacaq daha bir namizədin adı məlum olub.

Yenixeber.org: Türkmənistan Aqrar Partiyası prezident postuna Marı vilayəti başçısının müavini Ağacan Bəymuradovun namizədliyini irəli sürüb.

Prezidentliyə namizədin doğum tarixi məlum olmasa da, onun 1995-ci ildə Türkmənistan Dövlət Memarlıq və İnşaat İnstitutunu bitirdiyi açıqlanıb. Beləliklə, o, indi ən azı 47-48 yaşlardadır. Ölkədə yalnız yaşı 40-dan çox olan şəxslər prezidentliyə namizədliyini irəli sürə bilər.

A.Bəymuradov növbədənkənar prezident seçkilərində rəqibi hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov olacaq.

Qeyd edək ki, fevralın 11-də Q.Berdıməhəmmədov növbədənkənar prezident seçkilərin keçiriləcəyinin anonsunu verib. O ölkə rəhbəri postunu gənc rəhbərə vermək niyyətində olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam