Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qonşu ölkədə prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb

             İranda prezidentliyə namizədlərin qeydiyyatı bu gün yerli vaxtla saat 18:00-da başa çatıb.

Yenixeber.org: 5 günlük müddət ərzində 592 nəfər prezidentliyə namizədlik üçün qeydiyyatdan keçib ki, onlardan 40 nəfəri qadındır.

Bu rəqəm öncəki prezident seçkiləri ilə müqayisədə 2 dəfə azdır. Belə ki, öncəki prezident seçkilərində 1636 nəfər prezidentliyə namizədlik üçün qeydiyyatdan keçmişdi ki, onlardan 137 nəfəri qadın idi.

Prezidentliyə namizədlərin qeydiyyatı ilə bağlı bir çox diqqət çəkən məqamlar olub. Bu günün son saatlarında ölkənin Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, sabiq spiker Əli Laricani, İran Ali Liderin Ali Milli Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, İran prezidentinin birinci müavini İshaq Cahangiri və “Sepah”ın sabiq komandiri Möhsin Rzayi kimi tanınmış simalar namizəd kimi qeydiyyatdan keçib.

Ümumiyyətlə, bu dəfəki prezident seçkilərində 45 tanınmış sima öz namizədliyini irəli sürüb.

Qeyd edək ki, İran Konstitusiyasına Nəzarət Şurası bu gündən namizədliyi qeydiyyata alınanlarla bağlı araşdırmaya başlayıb. Şura may ayının 26-da səlahiyyəti təsdiq olunmuş şəxslərin adlarını elan edəcək. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam