Baş Prokurorluqdan Araik Arutyunyanla bağlı AÇIQLAMA
“Özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin olunacaq”.
Yenixeber.org: Bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib.
“İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”, - o vurğulayıb.