Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rəqəmsal İnkişaf Nazirliyinin rəqəmsallaşma konsepsiyası razılaşma prosesindədir

Rəqəmsal İnkişaf Nazirliyinin rəqəmsallaşma konsepsiyası razılaşma prosesindədir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi innovativ cəmiyyətə gedən yolda əsas amil olan rəqəmsal transformasiya konsepsiyasını hazırlayıb.

Yenixeber.org: Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.

R.Rüstəmovun sözlərinə görə, müasir innovasiya məkanının yaradılması hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən biridir və bu, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri” proqramında öz əksini tapıb.

“Rəqəmsal transformasiyaya nə daxildir? Birincisi, rəqəmsal texnologiyalar vasitəsilə daha yaxşı xidmətlər və daha yaxşı idarəetmə təmin edən rəqəmsal hökumət, ikincisi, prosesləri avtomatlaşdırmağa, rəqəmsal məhsullar yaratmağa və daha dəqiq proqnozlar verməyə imkan verən rəqəmsal iqtisadiyyat və nəhayət, üçüncüsü, insanların rəqəmsal bacarıqlara malik olduğu, sahibkarların açıq məlumatlara çıxış əldə etdiyi və açıq məlumatlara əsaslanan innovasiyalar vasitəsilə dəyər yaradılan rəqəmsal cəmiyyətə gedən yol”, - R.Rüstəmov söyləyib.

Nazir müavini hesab edir ki, bu, kifayət qədər uzun, çoxmərhələli prosesdir və bunun üçün rəqəmsal transformasiya konsepsiyası, müasir İT infrastrukturu və ixtisaslı kadrlar lazımdır. Həmçinin rəqəmsal infrastrukturun kibertəhlükəsizliyinin təmin edilməsi və bütün bu proseslərin idarə olunması, əlaqələndirilməsi və tənzimlənməsi tələb olunur.

“Nazirlik bütövlükdə cəmiyyətin rəqəmsallaşmasını nəzərdə tutan bu proses üçün optimal konsepsiya hazırlayıb: vətəndaşların rəqəmsal bacarıq və vərdişlərinin təkmilləşdirilməsi, biznesin rəqəmsallaşmasının təşviqi, İKT sahəsində tənzimləmə mexanizmlərinin kompleks şəkildə inkişaf etdirilməsi. Konsepsiya müxtəlif dövlət strukturları ilə razılaşdırılma mərhələsindədir”, - R.Rüstəmov qeyd edib.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam