Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Sahibə Qafarovaya məktub göndərilib -Çin parlamentindən

Çin parlamentinin sədri Sahibə Qafarovaya məktub göndərib

Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu Milli Məclisin sədri Sahibə Qafarovanın adına təbrik məktubu ünvanlayıb.

Yenixeber.org: Məktubda Çin parlamentinin sədri ötən il noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis iclası barədə öz fikirlərini açıqlayıb.

O, tədbirin müvəffəqiyyətlə keçirildiyini və uğurlu nəticələr əldə edildiyini bildirib. Milli Məclis və onun sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində səylərini yüksək qiymətləndirib.

Li Canşu Çinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin gələcək fəaliyyətində Azərbaycanı dəstəklədiyini bildirib. Ölkəsinin yeni yaradılmış quruma üzv ölkələrin parlamentləri ilə də sıx münasibətlər qurmağa hazır olduğunu deyib. O, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində dünyada multilateralizmin inkişafı və sülhün bərqərar olması üçün üzv ölkələrin birgə səylərinin vacibliyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam