Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Azərbaycan alban-udi xristian dini icması:"Erməni Qriqoryan Kilsəsi ilə əməkdaşlığa, azad edilmiş ərazilərdə birgə yaşamağa hazırıq"

Azərbaycan alban-udi xristian dini icması: Erməni Qriqoryan Kilsəsi ilə əməkdaşlığa, azad edilmiş ərazilərdə birgə yaşamağa hazırıq

Azərbaycan Alban-udi xristian dini icması sülh və insanlıq naminə Erməni Qriqoryan Kilsəsi ilə əməkdaşlığa, işğaldan azad edilmiş ərazilərdə birgə yaşamağa hazır olduğunu açıqlayıb.

Yenixeber.org: Bu fikir icmanın yaydığı bəyanatda öz əksini tapıb.

"Eyni zamanda, Azərbaycan xalqının tolerantlığı, Azərbaycan dövlətinin bütün dinlərin nümayəndələrinə olan qayğısı və dəstəyi onu deməyə əsas verir ki, Erməni Qriqoryan Kilsəsinin mənsublarına da humanist münasibət göstəriləcəkdir. Bu hörmətin bariz nümunəsi Bakı şəhərinin mərkəzində yerləşən Azərbaycan hökuməti tərəfindən qorunub-saxlanılmış, restavrasiya olunmuş “Müqəddəs Qriqori” erməni kilsəsidir. Əsrlərboyu Erməni Qriqoryan Kilsəsinin təsir və təzyiqlərinə, mənimsəmə və saxtalaşdırmaqla Alban irsinə böyük zərbə vurmasına baxmayaraq, sülh və insanlıq naminə biz də Erməni Qriqoryan Kilsəsi ilə əməkdaşlığa, işğaldan azad edilmiş ərazilərdə birgə yaşamağa hazır olduğumuzu bildiririk", - bəyanatda qeyd olunub.

Qeyd edək ki, bu gün Azərbaycan Alban-udi xristian dini icması bəyanat yayıb. Bəyanatı Azərbaycan Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam