Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Alban-Udi xristian dini icmasının sədri -"Ermənilər bizim kilsələri dağıdıb, saxtalaşdırıb"

Alban-Udi xristian dini icmasının sədri: Ermənilər bizim kilsələri dağıdıb, saxtalaşdırıb

"İşğaldan azad olunmuş ərazilərə gələndə mütləq şəhidləri yada salır və onlar üçün dualar edirik. Allah onlara rəhmət eləsin! Qarabağda çoxlu məbədlər var. Bu, Alban-Udi xristian dini icmasının müqəddəs torpaqlara ilk səfəri deyil. Hər dəfə gələndə erməni vəhşiliyi, Alban məbədlərində etdiyi dəyişiklikləri, saxtakarlıqların şahid oluruq".

Yenixeber.org: Bu sözləri Alban-Udi xristian dini icmasının sədri Robert Mobili icmanın işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfəri zamanı deyib.

O bildirib ki, bu torpaqlar onlar üçün müqəddəs yerdir:

"Ermənilər buarada İslamla bağlı olan tarixi, mədəni abidələri ümumiyyətlə siliblər. Hətta Alban kilsələrini də dağıdıb, ya da saxtalaşdırıblar. Bu kilsələr, məbədlər Alban müstəqil kilsəsinə aiddir. Bu irs birbaşa Alban mədəni irsi ilə bağlıdır. Bu məbədlərin erməni kilsələri ilə heç bir bağlantısı yoxdur. Ermənilər bura gəlmə xalqdır. Sadəcə Azərbaycan xalqının tolerantlığından istifadə edib, bu kilsələri saxtalaşdırıb, erməni kilsəsi kimi təqdim ediblər. Özlərinə doğmalaşdırıb, bizdən uzaqlaşdırıblar. Amma bu gün Azərbaycanın tarixi həqiqəti bərpa olunub. Bu gün Azərbaycan bu mədəni irsin varisidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam