Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan-İran sərhədində -iki yeni gömrük-sərhəd buraxılış məntəqəsi inşa edilə bilər

Azərbaycan-İran sərhədində iki yeni gömrük-sərhəd buraxılış məntəqəsi inşa edilə bilər

"Gələcəkdə işğaldan azad olunmuş ərazilərin mərhələli şəkildə minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsindən sonra həmin ərazilərə baxış keçirilərək geniş təhlillərin aparılması nəticəsində, tikinti işləri üçün ərazinin müəyyən edilərək ayrılması və müvafiq qaydada layihələndirilmə və qiymətləndirilmə işləri həyata keçiriləcək".

Yenixeber.org: Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev  Azərbaycan və İran sərhədində yerləşən və işğaldan azad olunan Xudafərin körpüsünün üzərində yeni gömrük keçid məntəqəsinin yaradılması ilə bağlı planlarından danışarkən bildirib.

Onun sözlərinə görə, bu proseslərdən sonra həmin ərazilərdə gömrük infrastrukturunun yaradılması haqqında düşünüləcək.

Komitə sədri xatırladıb ki, məlum işğala qədər İran İslam Respublikası ilə sərhəddə Füzuli rayonunun Horadiz qəsəbəsində “Horadiz” və Cəbrayıl rayonununda “Qız Qalası” gömrük-sərhəd buraxılış məntəqələri fəaliyyət göstərib.

O qeyd edib ki, eyni zamanda, İran tərəfi ilə razılaşdırılmaqla bərpa edilmiş yeni dövlət sərhədi boyunca Cəbrayıl rayonunun ərazisində (Xudafərin qəsəbəsində) şəxslərin, malların və nəqliyyat vasitələrinin Azərbaycan qanunvericiliyi çərçivəsində keçidinin təmin edilməsi üçün müasir standartlara cavab verən yeni gömrük-sərhəd buraxılış məntəqəsinin inşası ilə əlaqədar iki ölkənin hökumətləri arasında aidiyyəti dövlət qurumlarının iştirakı ilə danışıqlar və qarşılıqlı müzakirələr aparılmaqdadır.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam