Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xudafərin gömrük postu -açıla bilər

Xudafərin gömrük postu açıla bilər

Pandemiya ilə bağlı konkret olaraq idxal əməliyyatlarında qadağalar demək olar ki, yoxdur.

Yenixeber.org: Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib. Komitə sədri bildirib ki, tibbi vasitələrin gətirilməsində bəzi rüsumlar qoyulub ki, bu da yerli idxalın artması ilə əlaqədardır: "Eyni zamanda, ölkədən tibbi məhsulların ixracında bəzi məhdudiyyətlər tətbiq olunub".

S.Mehdiyev qeyd edib ki, yaxın zamanda elektron ticarətdə vətəndaşların işinin asanlaşdırılması üçün tək bəyannamənin yazılmasına başlanılacaq: "İşğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində, eyni zamanda tranzit hərəkətlər istiqamətində işlər davam edir. Hazırda Naxçıvanla, eyni zamanda Ermənistanla sərhəd keçid məntəqələri istiqamətində layihələr hazırlanır. Bu, region üçün ən ekonomik dəhlizlərdən biridir. Hazırda danışıqlar aparılır. Bu sahənin istiqaməti müəyyən olunduqdan sonra yeni postlar açılacaq. İranla postun açılması ilə bağlı fikirlər söylənildi. Komissiyanın və hökumətin verdiyi qərarlardan sonra İranla da postun açılması ehtimalı var. Bu, Xudafərin keçid qapısı ola bilər. Hazırda konkret zaman demək mümkün deyil".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam