Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan və İran gömrükçüləri görüşüb

 

Azərbaycan və İran gömrükçüləri görüşüb
Azərbaycan Respublikasının Astara gömrük-sərhəd keçid məntəqəsində Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndələri arasında növbəti görüş olub.
Yenixeber.org: DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən  verilən xəbərə görə, tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsiİran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.

Azərbaycan tərəfini Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunun rəisi Hüseyn Məsumovun rəhbərlik etdiyi nümayəndə heyəti, İran İslam Respublikasını isə bu ölkənin Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidinin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.

Görüşdə Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib.

Tərəflər arasında keçirilən əvvəlki görüşlərdə müzakirə edilən məsələlərə baxılıb, eyni zamanda, gömrük-sərhəd keçid məntəqələrinin fəaliyyəti, nəqliyyat vasitələrinin və sərnişinlərin sərhədkeçmə prosesinin daha da sürətlə və maneəsiz həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam