Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusların "Su-30SM2" qırıcıları ilk dəfə -Estoniya sərhədində

Rusların    "Su-30SM2"    qırıcıları ilk dəfə Estoniya sərhədində  
Avropada yeni müharibə təhdidləri artmaqdadır. NATO-nun öz qüvvələrini Rusiya sərhədləri yaxınlığında genişləndirməsinə cavab olaraq, Moskva aktiv hərbi təlimlər keçirir, Qərbə meyllənən bəzi keçmiş SSRİ ölkələri ilə sərhəddə gərginliklər yaradır.
Yenixeber.org: Belə gərginlikdən biri də rus qırıcılarının tez-tez başqa ölkələrin hava məkanına daxil olması, ya da sərhədləri yaxınlığında təhlükəli uçuşlar həyata keçirməsidir.

Bu gün yerli media Rusiyaya məxsus "Su-30SM2" qırıcılarının Estoniya sərhədlərinə yaxınlaşmasından yazıb. Məqalədə xatırladılır ki, bundan öncə Estoniya hakimiyyəti Rusiya Aerokosmik Qüvvələrinin "Su-27" qırıcılarının ölkənin hava məkanını daxil olduğunu bəyan etmişdi. "Avia.pro" hərbi saytının adı açıqlanmayan ekspertləri bildirirlər ki, qırıcıların ruslara məxsus olması hələlik sübut olunmayıb.

- Çünki Estoniya təyyarələri müəyyən edərkən səhvə yol verə bilərdi. Əslində sərhəd pozuçusu "Su-27"lər əvəzinə, Rusiyanın ən son model "Su-30SM2" qırıcıları var. Eyni zamanda, həqiqətən də bir qrup pilot idarə etdiyi qırıcıları ilə Estoniya sərhədlərinə yaxın uça bilərlər. Çünki onlar daimi yerləşmə məkanları sayılan Kalininqrad vilayətindəki aviabazaya uçublar. Xatırladaq ki, Müdafiə Nazirliyi Estoniyanın hava məkanının pozulması ilə bağlı ittihamları rəsmən təkzib edib,-məqalə müəllifləri yazıb.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.

ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam