Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku fevral ayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Yenixeber.org: Bu barədə diplomatik mənbə bildirib.
"Bu tədbirdə Rumıniyadan böyük nümayəndə heyəti, həmçinin "Romgaz" və "Trangaz" şirkətlərinin rəhbərləri iştirak edəcək", - mənbə deyib.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının Avropaya nəqlinə başlayıb. Layihənin dəyhəri 45 milyard dollar proqnozlaşdırılsa da, 33 milyard dollar təşkil edib.
2015-ci ildən etibarən hər il fevral ayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası keçirilir.