Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda tezliklərdən istifadəyə dair -yeni tarif metodikası hazırlanıb

Azərbaycanda tezliklərdən istifadəyə dair yeni tarif metodikası hazırlanıb
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qarşıdakı 10 ildə tezliklərdən istifadəyə dair yeni tarif metodikası hazırlayıb".

Yenixeber.org: Bunu nazir müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda deyib.

"İndiyə qədər telekommunikasiya sahəsində bir sıra problemlər yığılıb-qalıb. Real rəqabətə imkan olduğu halda bir sıra sahələrdə bəzi çatışmazlıqlar bu rəqabəti tam aparmağa imkan verməyib. Rabitə sektorunda qeyri-qanuni xidmətlər göstərməyə cəhdlər olub və bütün bunların qarşısını almaq üçün yeni tənzimləyici orqan - İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi yaradılıb. Tezliklərin bazar iştirakçıları arasında ədalətli şəkildə bölünməsi bizim üzərimizə düşür. Son illərdə tezliklərin düzgün bölünməməsi süstlüyə gətirib çıxarıb. Vəziyyəti düzəltmək üçün yeni tarif metodikası hazırlanıb. Regionlardan asılı olaraq tariflər dəyişəcək. Eyni tarifi həm Bakıya, həm də regiona aid etmək düzgün deyil", - o deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam