Təyyarə ekipajı üçün qoyulan tələblər dəyişdirildi -COVID-19-a görə
Azərbaycanda koronavirusla əlaqədar təyyarələrin işçi heyəti üçün qoyulan tələblər dəyişdirilib.
Yenixeber.org: Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, təyyarə ekipajında xəstəlik əlaməti olan işçidə laborator üsulla COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.
Dəyişikliyə qədər işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalı idi.