Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"İsveç və Finlandiyanın NATO-ya daxil olmasını müzakirə etməyə hazırıq" -Viktoriya Nuland

Birləşmiş Ştatlar Finladiya və İsveçlə NATO-ya daxil olmaq perspektivini müzakirə etməyə hazırdır, bir şərtlə ki, bu ölkələr uyğun istək nümayiş etdirsinlər.

Yenixeber.org: Bu barədə yanvarın 11-də brifinqin gedişində ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bəyan edib. Yayım DD-nin Tvitterindən həyata keçirilib.

«Hesab edirəm ki, ABŞ-ın beş administrasiyası, hansı ki, mən işləmişəm, həmişə deyilib ki, Finlandiya və İsveç «istənilən vaxt, nə zaman siz bizimlə üzvlüyü müzakiə etmək istəsəniz, biz onu etməyə hazırıq» - o, qeyd edib.

Onun sözlərinə görə, Finlandiya və İsveç istənilən digər ölkə kimi, NATO-ya daxil olmaq istəyi göstərsə, Şimali Atlantika Alyansının yüksək standartı üzrə qiymətləndiriləcək.

Bu zaman dövlət katibinin müavini qeyd edib ki, iki ölkəyə stabil demokratiya xasdır, deməli, NATO-ya daxil olmaq barədə danışıq başqa cür olacaq, nəinki demokratik sistemə keçid vəziyyətində olan digər ölkələrlə - korrupsiya və demokratiyanın sabitliyi ilə ciddi problemləri olan ölkələrlə. İsveç və Finlandiya alyansın üzvləri deyillər və bu təşkilatla həmkar-dövlət statusunda işləyirlər.

Bundan əvvəl, yanvarın 10-da İsveçin Baş naziri Maqdalena Andersson mətbuat konfransının gedişində qeyd edib ki, ölkə hökuməti xarici siyasət xəttini dəyişmək və NATO-ya daxil olmaq istəyini bəyan etmək niyyətində deyil.

Finlandiyanın Baş naziri Sanna Marin vətəndaşlara yeni ilə müraciətinin gedişində bəyan edib ki, ölkəsi NATO-ya dail olmaq üçün sifariş vermək imkanını saxlayır. Belə imkan barədə yeni il təbrikində Prezident Sauli Niiniste də xatırladıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam