Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

NATO-Azərbaycan əməkdaşlığı müzakirə edilib

 

NATO-Azərbaycan əməkdaşlığı müzakirə edilib
Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev 3-8 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda keçirilən beynəlxalq regional təlimdə iştirak edən NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika Koordinasiya Mərkəzinin regional əlaqələndiricisi Vanhamme Villem ilə görüşüb.
Yenixeber.org: FHN-dən erilən məlumata görə, qonağı salamlayan nazir müavini Etibar Mirzəyev FHN-in Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin INSARAG sinifləndirilməsi məqsədilə həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib, Bakıda təşkil olunan “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlimin əhəmiyyətindən danışıb. Nazir müavini NATO və onun qurumları ilə mülki fövqəladə planlaşdırma sahəsində əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu bildirərək əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Qonaq isə öz növbəsində NATO-nun Təbii Fəlakətlərə Cavabvermənin Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzi ilə Azərbaycanın uyğun qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu bildirib.

Görüşdə hər iki qurum arasında əməkdaşlığın vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam