Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hande Harmancı:“Vaksinlərin hamısı “Omikron” ştamına qarşı effektivdir”

Hande Harmancı: “Vaksinlərin hamısı “Omikron” ştamına qarşı effektivdir”

“Azərbaycanda ən son “Delta” ştamı aşkarlanıb. Bütün dünyada olduğu kimi, burada da insanlar həmin ştamdan əziyyət çəkir. Hələlik Azərbaycanda “Omikron” ştamına rast gəlinməyib”.

Yenixeber.org: Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib.

Gəncədə səfərdə olan ÜST rəsmisi xatırladıb ki, yeni ştam Azərbaycanda hələ aşkarlanmasa da, bu, “Omikron” variantının burada olmayacağı anlamına gəlməməlidir: “Çünki dünyanın hər yerində “Delta” ştamı aşkarlananda bunun Azərbaycanda yayılıb-yayılmayacağı soruşulanda təbii ki, yayılacağını demişdim. Bu fikrim “Omikron” ştamına da aiddir. Çünki yeni ştam bütün ölkələrdə aşkarlanır. Bunun üçün təlaşa düşməyə ehtiyac yoxdur. İndiyədək istifadə olunan vaksinlərin hamısı yeni ştama qarşı effektivdir. Tələb olunan qoruyucu tədbirlərin hamısı “Omikron”dan qoruyur. Sadəcə özümüzü və sevdiklərimizi qorumaq üçün qoruyucu tədbirlərə ciddi əməl etmək mütləqdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam