Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Sahib Ələkbərov “Şöhrət” ordeni ilə təltif edilib-SƏRƏNCAM

                    Sahib Nurəddin oğlu Ələkbərov “Şöhrət” ordeni ilə təltif edilib.

Yenixeber.org: Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, S.Ələkbərov 1952-ci il yanvarın 10-da Samux rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib. Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub. 2005-ci ildən 2009-cu ilədək Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul ayının tarixli sərəncamı ilə vergilər nazirinin müavini təyin edilib. Dövlət başçısının 2020-ci il 1 aprel tarixli sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.

Ailəlidir, üç övladı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam