Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“ORADA DA DEYİLİR Kİ, QARABAĞ AZƏRBAYCANIN ƏRAZİSİDİR” -“2016-cı ildə danışıqlarda fəlakət baş verdi”

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün keçirdiyi onlayn mətbuat konfransında bir sıra maraqlı açıqlamalar verib.

Yenixeber.org: Paşinyan özündən əvvəlki hakimiyyətləri yenə də danışıqlar prosesini dalana dirəməkdə və reallıqları ermənilərdən gizlətməkdə günahlandırıb.

“2016-cı ildə Qarabağ məsələsilə bağlı danışıqlar prosesində fəlakət baş verdi. 2016-cı ildə Minsk Qrupunun həmsədrlərinin irəli sürdükləri təkliflərin içində 2011-ci ildən sonra ilk dəfə “Dağlıq Qarabağın” aralıq statusu barədə heç nə qeyd olunmadı. Hansı ki, bu, Ermənistan tərəfindən aktiv şəkildə təbliğ və reklam olunurdu” - deyə, Paşinyan bildirib. 

Paşinyanın fikrincə, həmin təkliflərdəki əsas “fəlakət” onda idi ki, qondarma qurumun aralıq statusu məsələsinin həlli BMT-nin Təhlükəsizlik Şurasına həvalə olunurdu: “Orada qəbul olunan qətnamələri nəzərə alsaq, “Dağlıq Qarabağ”ın hansı ölkəninin tərkibində qalacağı bəlli idi. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası formula qəbul edib. Orada da deyilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir.”

Bununla da Paşinyan Qarabağın beynəlxalq hüququn tələblərinə görə Azərbaycana məxsus olduğunu öz dililə etiraf etmiş və bir daha uzun illərdir Ermənistandakı rejimlərin erməniləri boş xəyallarla yaşatdığına eyham vurmuş olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam