Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyandan Qarabağla bağlı ŞOK SÖZLƏR:yenə də...

Paşinyandan Qarabağla bağlı ŞOK SÖZLƏR: yenə də...

“Dağlıq Qarabağ danışıqlar prosesində həlledici səsə malik olmalıdır”.

Yenixeber.org: 
İrəvanda “Frankofoniya” beynəlxalq təşkilatının sammitində çıxışı zamanı bu fikri irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyan yenə absurd iddialarını davam etdirib.


Paşinyan iddia edib ki, Dağlıq Qarabağ “xalqının” iradəsini nəzərə alaraq, onun statusu məcburi hüquqi gücə malik olmalıdır.

“Sülh atmosferinin yaradılması nizamasalma prosesində irəliləyiş üçün əsas amil olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Paşinyan hakimiyyətə gələndən sonra “Qarabağı tərəf kimi təqdim etmək” cəhdləri ilə danışıqlar atmosferinə uyğun olmayan mövqe sərgiləyir. MDB dövlət başçılarının Düşənbə sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə ayaqüstü görüş zamanı təmas xəttində atəşkəsin qorunması ilə bağlı razılaşma Paşinyanın bu absurd mövqeyindən əl çəkəcəyi ehtimalını önə çıxarmışdı. Lakin görünür, Paşinyan daxili siyasətə hesablanmış, lakin danışıqları alt-üst edən iddialarından əl çəkmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam