ETSN:"Qeyri-sabit hava şəraiti dekabrın 25-dək davam edəcək"
Ölkə ərazisində müşahidə olunan soyuq, yağıntılı hava şəraiti dekabrın 25-dək davam edəcək.
Yenixeber.org: Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, şaxtalı hava şəraiti ilə əlaqədar olaraq dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.