Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Bakıda yol polisi hava şəraiti ilə əlaqədar -gücləndirilmiş iş rejiminə keçib

Bakıda yol polisi hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

"Bakıda qış fəsli ilə əlaqədar qarlı, şaxtalı, qeyri-sabit hava şəraiti gözlənilir. Hava şəraiti ilə əlaqədar hərəkətin tənzimlənməsində polis təlimatlandırılıb".

Yenixeber.org: Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O qeyd edib ki, qış aylarında havanın qeyri-sabit keçməsi ilə əlaqədar olaraq yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz hallar yaşanmasın deyə sürücülər və piyadalar ehtiyatlı olmalıdır: "Tıxacların qarşısının alınması üçün nəqliyyatın hərəkətinin sıx və intensiv olduğu yerlərdə naryad qruplarının sayı artırılacaq. Sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına, mövsümü təkərlərdən istifadəyə, lazım gələrsə, təkərlər üçün zəncirdən istifadəyə fikir verməlidirlər. Sürücülər sürətlə avtomobili idarə etməməli, avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirmələri, yaxın vuran işıqlardan istifadə etməlidir".

V.Əsədov bildirib ki, hərəkətin intensiv olduğu küçələrdə avtomobillər yol kənarlarına park edilməməlidir: "Tövsiyə olunur ki, sürücülər enişli-yoxuşlu yollarda diqqətli olmalı, mümkün qədər səxsi avtomobillərdən yox, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Piyadalar səkilərlə, onlar üçün nəzərdə tutulan keçidlərlə hərəkətə üstünlük versinlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam