Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DYP qarlı hava şəraiti ilə bağlı -sürücülərə və piyadalara müraciət etdi

 

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq paytaxt ərazisində sürücülərə müraciət edib.

Yenixeber.org: İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülərə mövcud şəraiti nəzərə alıb, şəxsi avtomobillərdən mümkün qədər istifadə etmələləri tövsiyə edilir:

“Hazırda paytaxt ərazisində yağmurlu hava şəraiti hökm sürür, qar yağır, duman, çiskin, şaxta müşahidə olunur. Hərəkətlə bağlı yolların təmizlənməsi yol polisinin, Bakı Şəhər İcra Hakimiyyətinin və aidiyyəti üzrə “Azəravtoyol”un texnikalarının köməyi ilə təmizlənir. Lakin buna baxmayaraq, bəzi ərazilərdə sürüşmə ehtimalı yaranıb. Paytaxtın “20 Yanvar” kimi tanınan körpüsü, enişli-yoxuşlu yollar, sərt döngələr avtomobillərin hərəkəti üçün nisbətən təhlükəlidir. Sürücülərdən xahiş edirik ki, mövcud şəraiti nəzərə alıb, şəxsi avtomobillərdən mümkün qədər istifadə etməyin.

DYP qarlı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət etdi

Eyni zamanda yolların hərəkət hissələrinə çıxan piyadalara da deyirik ki, onlar da diqqətli olsunlar, öz həyatlarını təhlükəyə atmasınlar. Yolların hərək hissəsində hərəkət etmək, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısından qaçmaq, sürücünü çaşdırmaq yol qəza hadisəsinin yaranmasına səsbəb olar. Sürücülərə sürət həddini aşağı salmağı, ara məsafəsini normadan artıq götürməyi və yol boyu qoyulmuş yol nişanlarına uyğun hərəkət etməyi tövsiyə edirik”.

“Unutmaq olmaz ki, dövlət nömrə nişanlarının və işıq cihazlarının təmiz olması vacibdir. Nəqliyyat vasitəsi sürüşürsə, təkərlərdə olan təzyiq nisbətən aşağı salınmalı və sürətlər qutusunun köməkliyi ilə hərəkət edilməlidir”, - V.Əsədov bildirib.

Qeyd edək ki, paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün indiyədək maddi zərərlə nəticələnən 25 yol-nəqliyyat hadisəsi baş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam