Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Lirə 12 qəpikdən aşağı düşüb

Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi bu gün daha 3,8% azalaraq 0,1181 manata (1 manat/8,4674 lirə) enib ki, bu da yeni tarixi minimum sayılır.

Yenixeber.org: Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında apardığı hesablamalarına görə, lirənin manata qarşı məzənnəsi son bir ayda 30,2%, ilin əvvəlindən isə 48,5% azalıb.

"PAŞA Sığorta" əmlak sığortası kampaniyasına start verib Qlobal iqtisadiyyatın əsas riskləri açıqlanıb BVF: Regionda kütlə immunitetinə nail olmaq üçün əlavə 14 mln. peyvəndin tədarükünə ehtiyac var - MÜSAHİBƏ Lirə ilin əvvəlindən dollara qarşı da dəyərinin demək olar ki, yarısını itirib və hazırda Türkiyə Mərkəzi Bankının (TMB) rəsmi məzənnəsinə görə, 1 dollar 14,2000 lirə təşkil edir. Hazırda TMB-nin uçot dərəcəsinin daha da azaldacağı narahtlığı ilə bağlı lirə üzrə proqnozlar yaxşılaşmır və bu fonda yerli valyuta bazarında xarici valyutaya tələb yüksəkdir.

Bundan əlavə, investorların ABŞ-ın maliyyə requlyatoru FED-in qarşıdan gələn görüşündə faiz dərəcələrini artıracağı üzrə gözləntiləri fonunda dolların möhkəmlənməsi tendensiyası müşahidə olunur və bu da lirənin məzənnəsi üçün əlavə təhdid sayılır.

Dekabrın 10-da azalmış ehtiyatlarına baxmayaraq, TMB bazara müdaxilə edərək növbəti dollar satışı üzrə əməliyyatlar həyata keçirmişdi. Son iki həftə ərzində TMB bazara artıq üç dəfə müdaxilə edib və 2 dekabrda həyata keçirilən olan müdaxilə son 7 il ərzində ilk dəfə qeydə olunan rəsmi ehtiyatlarından dollar satışı idi. Nəticə olaraq müdaxilələrin gözəçarpan fərqi hiss olunmadı və dollar 14 lirə səviyyəsi keçdi.

Qeyd edək ki, geniş tənqidlərə, monetar siyasətin istiqamətinin dəyişilməsi və uçot dərəcəsinin yüksəldilməsi istəklərinə baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faiz azalmalarını müdafiə edib və "iqtisadi müstəqillik müharibəsində" qalib gələcəyinə söz verib.

Xatırladaq ki, artan illik inflyasiyaya baxmayaraq (noyabrda 21,31%), bu il TMB uçot dərəcəsini 19%-dən 15%-ə qədər azaldıb və yumşaq monetar siyasətini davam etdirir. Sözügedən fonda "S&P Global Ratings" reytinq agentliyi Türkiyənin "B+" və "BB-" səviyyələrində olan xarici və yerli valyutada sorğulanmamış uzunmüddətli suveren kredit reytinqləri üzrə proqnozunu "stabil"dən "mənfi"yə endirib. Bundan əlavə, agentlik bildirib ki, yumşaq monetar siyasət və lirənin əhəmiyyətli dərəcədə dəyər itirməsi inflyasiya təzyiqlərini daha da artıracaq və nəticədə istehlak qiymətlərinin illik artımı 2022-ci ilin əvvəlində 25-30% təşkil edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam