Redaktor seçimi
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Atəş açmayın, məni tanımadınız?” - Səddamın sığınacaqda tutularkən dediyi sözlər...

“Atəş açmayın, məni tanımadınız?” – Səddamın sığınacaqda tutularkən dediyi sözlər…
İraqın keçmiş prezidenti Səddam Hüseynin 2003-ci ildə gizləndiyi sığınacaqda tutularkən dediyi sözlər mətbuatda yayımlanıb.
Yenixeber.org: Səddam ona silah tuşlayan əsgərlərə “Atəş açmayın, məni tanımadınız? İraqın prezidenti Səddam Hüseynəm” – deyib.
ABŞ əsgərləri isə cavabında “Prezident Buş sənə salamlarını çatdırır” – deyərək onu ələ salıblar.
İraqın keçmiş prezidenti Səddam Hüseynin tutulması ilə bağlı təfərrüatlar illər sonra ortaya çıxandan sonra insanlar yenə də heyrətə gəliblər. Səddam 2003-cü il aprelin 9-da ABŞ qüvvələri Bağdada girəndə 24 illik hakimiyyətini itirib. Həmin gündən ABŞ ordusunun onu öldürəcəyini bilən Səddam bir anda gözdən itib.
Bundan sonra isə Səddamın və oğullarının axtarışına başlanıldı. İyulun 22-də İraqın Mosul şəhərində Səddam Hüseynin oğulları Uday və Qusay Amerika qüvvələri tərəfindən öldürüldü. Səddamın özü isə 2003-cü il dekabrın 13-də Tikrit yaxınlığındakı fermada ABŞ qüvvələri tərəfindən əsir götürüldü.
Ölümündən illər keçsə də, hələ də Səddam Hüseynin sağ olduğunu iddia edənlər var. Lakin rəsmi mənbələr bu iddiaları qəti şəkildə təkzib edir. İş o yerə çatıb ki, Səddam Hüseyn ələ keçirilən zaman son sözləri ilə bağlı məlumatlar yenidən gündəmə gəlib./moderator/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam