Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

 Saakaşvili xaricdə müalicə almalıdır...

Həkimlər Saakaşvilinin xaricdə müalicə almasını tələb edirlər

"Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin nevroloji vəziyyəti onun xaricdəki nevropsixiatrik reabilitasiya mərkəzinə köçürülməsinin zəruriliyindən xəbər verir". 
Yenixeber.org: Bunu həkimlər şurasının üzvü, nevroloq Otar Toidze bildirib.
"Onun hərəkət, koordinasiya, əhval dəyişikliyi problemi var, lakin bütün bunlar normadan kənara çıxmır. Sakaaşvilinin nevroloji vəziyyəti xüsusi reabilitasiyaya ehtiyac olduğunu göstərir. Biz buna neyroreabilitasiya deyirik ki, Gürcüstanda bu tələb olunan keyfiyyətdə mümkün deyil. Belə bir müəssisənin Gürcüstanda tapılacağına şübhə edirəm. Söhbət xaricə transferdən gedir”, - deyə həkim jurnalistlərə bildirib.

Məhkumla görüşdən sonra şuranın həkimləri Saakaşvilinin psixotrop dərmanlar qəbul etdiyini, lakin onun psixoterapevtin də köməyinə ehtiyacı olduğunu bildiriblər.

Qeyd edək ki, Mixail Saakaşvili həbsxanada uzun sürən aclıq aksiyasından sonra hazırda Qoridəki hərbi hospitaldadır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam