Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Qırğızıstan-Tacikistan sərhədində atışma olub

         Qırğızıstanla Tacikistan arasında sərhədin mübahisəli hissəsində atışma qeydə alınıb.

Yenixeber.org: Bu barədə Qırğızıstanın "AKIpress" xəbər agentliyi ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Mühafizə Xidmətinin mətbuat şöbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Qırğızıstanın Batken vilayətinin Daxma ərazisində şərti sərhəd xəttinin yaxınlığında naməlum şəxslər 7 nəfəri atəşə tutublar.

Hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün Qırğızıstan və Tacikistan sərhəd zastavalarının rəhbərləri dərhal hadisə yerinə gəliblər, onlar atışmada iştirak edən şəxslərin axtarışı üçün tədbirlər görməyə razılaşıblar. Hadisə ilə bağlı iki ölkənin hüquq-mühafizə orqanları və yerli hakimiyyət orqanları məlumatlandırılıb.

Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir, Sovet İttifaqının dağılmasından sonra onlarla mübahisəli hissələr qalıb. Bu səbəbdən iki respublikanın sakinləri ilə hərbçilər arasında vaxtaşırı silahlı münaqişələr baş verir.

Qırğızıstan və Tacikistan hərbçiləri arasında silahlı toqquşmaya çevrilən sonuncu ciddi münaqişə aprelin sonu - mayın əvvəlində baş verib.

İki dövlətin hökumət komissiyaları sərhədin demarkasiyası və delimitasiyası üzrə danışıqları davam etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam