Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Bakının Naxçıvanla quru yolla əlaqə qurmaq istəyini anlayırıq" -Paşinyan


“Qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və ya normallaşdırılması Ermənistan hakimiyyəti üçün ən vacib məsələlərdən biridir”.
Yenixeber.org: “Sputnik Armenia” xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasında deyib. O bildirib ki, Ermənistan bölgədə kommunikasiyaların açılması məsələsi barədə qətiyyətli mövqedədir:

“Bildiyiniz kimi, yenidən baş nazir vəzifəsinə seçildikdən sonra İrana səfər etdim və bu gün Gürcüstana gedirəm. Mən “Şimal-Cənub” layihəsinə önəm verirəm. Bundan əlavə, Ermənistanın Rusiya və İranla dəmir yolu əlaqəsi qurması da son dərəcə vacibdir. Bu məsələnin üçtərəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) həlli üçün kommunikasiyaların açılması məsələsi müzakirə olunur”.
Paşinyan çıxışı zamanı Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərinin də vacib olduğunu qeyd edib:
"Bakının Naxçıvanla quru yolla əlaqə qurmaq istədiyini anlayırıq. Bu barədə konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq. Lazımi şəraitin qurulması üçün çalışmağa davam edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam