Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan Azərbaycan prezidenti ilə görüşündən danışdı

 

Paşinyan Azərbaycan prezidenti ilə görüşündən danışdı
Ermənistan baş naziri ilə Azərbaycan prezidenti arasında operativ əlaqə mexanizmi hələ ki qurulmayıb.
Yenixeber.org: Bu dəqiqələrdə parlamentdəki çıxışı zamanı Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə söhbətindən danışan Ermənistanın baş naziri Nikol Paşinyan belə deyib. 

“Azərbaycan prezidenti ilə operativ əlaqənin yaradılması istiqamətində iş gedir. Məmnunluqla deyə bilərəm ki, son günlər təmas xəttində vəziyyət müqayisəolunmaz dərəcədə daha sakitdir” – Paşinyan vurğulayıb. 

Qeyd edək ki, sentyabrın 28-i Düşənbədə MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan Prezidentİlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü qısa söhbət baş tutub. Söhbət zamanı İlham Əliyevlə Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam