Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dünya Bankının Azərbaycanda ofisləri yaradılır-FOTOLAR

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 18-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerdenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenixeber.org: Görüşdə gələn il Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın qurulmasının 30 illiyinin qeyd olunacağı bildirilərək ötən müddət ərzində müxtəlif istiqamətlərdə birgə uğurlu layihələrin həyata keçirildiyi bildirilib.

Baş nazir Ə.Əsədov Azərbaycanın Dünya Bankı ilə əməkdaşlıqdan məmnun olduğunu və əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Anna Byerden bildirib ki, ötən illər ərzində Azərbaycan aşağı gəlirli ölkədən yüksək gəlirli donor ölkəyə çevrilib. O, habelə Azərbaycanda peyvəndlənmənin yaxşı səviyyəyə malik olduğunu qeyd edərək bu sahədə fəaliyyətin uğurlu olduğunu deyib. A.Byerden 2021-ci ildə Azərbaycan iqtisadiyyatında artımın müşahidə olunmasının da yaxşı göstərici olduğunu vurğulayıb.

Görüşdə Dünya Bankının hazırlanmaqda olan Azərbaycana dair yeni Ölkə Tərəfdaşlıq Çərçivə sənədi, Bankın Azərbaycanın “2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsində və işğaldan azad edilən ərazilərin bərpasında iştirakı, Dünya Bankının və onun strukturuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanın özəl sektoru ilə əməkdaşlığının genişləndirilməsi, həmçinin Bank ilə ölkəmiz arasında kənd təsərrüfatı, rəqəmsal inkişaf, bərpa olunan enerji mənbələri və bir çox digər sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Sonda Azərbaycanda ofislərin qurulması və fəaliyyətinə dair Azərbaycan və Dünya Bankı Qrupu Təşkilatları arasında yeni Saziş imzalanıb. Sazişi Azərbaycanın maliyyə naziri Samir Şərifov və Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde imzaladılar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam