Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İqtisadiyyat naziri Dünya Bankının regional direktoru ilə görüşüb

 

 İqtisadiyyat naziri Şahin MustafayevAzərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşüb


Yenixeber.org: İqtisadiyyat Naziliyindən  verilən məlumata görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Ş.Mustafayev Azərbaycanın Dünya Bankı ilə 25 ildən çoxdur ki, əməkdaşlıq etdiyini, ölkəmizin bu əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq çoxşaxəlidir, infrastruktur, kənd təsərrüfatı, nəqliyyat və s. sahələri əhatə edir. Dünya Bankının maliyyə və texniki dəstəyi ilə müvafiq sahələrdə reallaşdırılan layihələr bu sahələrin inkişafında əhəmiyyətli rol oynayır.
Nazir bərk məişət tullantılarının vahid idarəçiliyi, Trans-Qafqaz Nəqliyyat Dəhlizində yük daşımaları və loqistika fəaliyyətinin təkmilləşdirilməsi və Dünya Bankı ilə birgə həyata keçirilən digər layihələrin əhəmiyyətini vurğulayıb, özəl sektora dəstəyin davam etdirilməsi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə əməkdaşlığa dair təkliflərini bildirib. O, deyib ki, bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi çərçivəsində görülən işlər ölkəmizdə səfərdə olan xarici nümayəndə heyətləri tərəfindən də yüksək qiymətləndirilir.
Ş.Mustafayev həmçinin, Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, 2018-ci ilin ilk dörd ayında ticarət dövriyyəsinin, qeyri-neft ixracının, eləcə də strateji valyuta ehtiyatlarının artdığını vurğulayıb.
M. Tembon Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təbriklərini çatdırıb. Ötən il Dünya Bankının Azərbaycanla əməkdaşlığının 25 illiyinin qeyd olunduğunu vurğulayan Dünya Bankı rəsmisi əlaqələrin ildən-ilə genişləndiyini diqqətə çatdırıb. Hazırda Bankın dəstəyi ilə Azərbaycanda 9 layihənin icra olunduğunu bildirən xanım M.Tembon yeni əməkdaşlıq istiqamətlərinə dair fikirlərini bölüşüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam