Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanın Gürcüstanla diplomatik əlaqələr qurmasından -29 il ötür

Azərbaycanın Gürcüstanla diplomatik əlaqələr qurmasından 29 il ötür

Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin quurlmasının 29-cu ildönümü tamam olur.

Yenixeber.org: İki ölkə arasında diplomatik əlaqələrin əsası 1992-ci ilin noyabrın 18-də qoyulub.

1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirliyi açılıb.

Azərbaycanın Gürcüstandakı səfiri ötən ilin otyabrından Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri isə 2018-ci ildən Zurab Pataradzedir.

Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu 2010-cu ildən etibarən fəaliyyət göstərir və bu şəhərdə baş konsulumuz Pərviz İsmayılzadədir.

Gürcüstanın Azərbaycanın Gəncə şəhərindəki Baş Konsulu missiyasını isə Nikoloz İaşvili yerinə yetirir. Baş Konsulluq 2013-cü ildə təsis olunub.

Gələn il hər iki ölkədə diplomatik əlaqələrin 30-cu ildönümünə həsr olunan bir sıra tədbirlərin keçiriləcəyi gözlənilir.

Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) ölkənin ikitərəfli münasibətlərinə dair arayış xarakterli məlumatında bildirilib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu ölkə ilə sıx münasibətlər saxlanılır. Qeyd olunub ki, ikitərəfli səfərlərin dinamikası həm qanunverici, həm də icra hakimiyyətləri səviyyəsində aktivdir.

Məlumatda vurğulanıb ki, Azərbaycanla hüquqi baza 100-dən çox ikitərəfli və çoxtərəfli müqavilələri əhatə edir və bu sənədlər əməkdaşlığın praktiki olaraq bütün sahələrini tənzimləyir.

Gürcüstan və Azərbaycan arasında azad ticarət rejiminin, Azərbaycanın Gürcüstanın əsas iri ticari-iqtisadi tərəfdaşı olduğu və Azərbaycan şirkətlərinin qonşu ölkəyə böyük investisiyalar yatırdığı da qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam