Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan ilə Gürcüstan arasında -diplomatik əlaqələrin qurulmasından 28 il ötür

 

Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 28 il ötür.

Yenixeber.org: İki ölkə arasında diplomatik əlaqələrin əsası 18 noyabr 1992-ci il tarixində qoyulub.

1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirlikləri açılıb.

Faiq Quliyev bu ilin avqustun 17-də Azərbaycanın Gürcüstandakı səfiri təyin olunub. O, oktyabrın 2-də etimadnaməsini Gürcüstan prezidentinə təqdim edib.

Gürcüstanın Azərbaycandakı səfiri isə Zurab Pataradzedir. O, bu vəzifəni 2018-ci ilin avqustundan yerinə yetirir.

Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu 2010-cu ildən etibarən fəaliyyət göstərir. Azərbaycanın bu şəhərdəki Baş konsulu Pərviz İsmayılzadədir.

Gürcüstanın Azərbaycanın Gəncə şəhərindəki Baş Konsulluğu isə 2013-cü ildə açılıb. Gürcüstanın bu şəhərdəki Baş konsulu Nikoloz İaşvilidir.

Tərəflər arasında imzalanan sənədlərin sayı 100-dən çoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam