Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Narkotiklərsiz gələcəyə doğru” mövzusunda tədbir keçirilib...Nərimanov RİH-də

 “Narkotiklərsiz gələcəyə doğru” mövzusunda tədbir keçirilib...

 

Nərimanov Rayon İcra Hakimiyyətində “Narkotiklərsiz gələcəyə doğru” mövzusunda tədbir keçirilib

 

Yenixeber.org: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il iyunun 24-də imzaladığı Sərəncamla təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2013-2018-ci illər)”nın icrasını təmin etmək məqsədi ilə Nərimanov rayonunda əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə keçirilən silsilə tədbirlərin davamı olaraq 29 noyabr 2017-cı il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində “Narkotiklərsiz gələcəyə doğru” mövzusunda tədbir keçirilmişdir. Ali, orta-ixtisas və ümumtəhsil müəssisələrinin tələbə, şagird və müəllim kollektivinin iştirakı ilə keçirilən tədbirdə Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyasının Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, yazıçı Asif Kəngərli, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Şəhla Mirzəzadə, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə rayon Komissiyasının üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyasının sədri İradə Mahmudova narkomaniyanın bütün dünyanı narahat edən problemlərdən biri olduğunu qeyd edərək, narkotik vasitələrə aludəçiliyin cinayətkarlığa, zorakılığa və digər neqativ hallara mühid yaratdığını məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərdiyini, gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırmasına, ailələrin dağılmasına səbəb olduğu barədə məlumat verdi. 2017-2018-ci tədris ilində orta-ixtisas və ali təhsil müəssisələrində “Narkomaniya-gələcəksiz həyat”, “Narkomaniya-intihardır”, “Həyata-hə, narkotiklərə-yox deyirik”, “Xoşbəxt həyatda narkotiklərə yer yoxdur”, “Biz narkotiklərə yox deyib həyatı seçirik”, “Biz sağlam həyat tərzini seçirik”, “Həyat və narkomaniya: yaşamaq yoxsa ölüm”, “Narkotiklərsiz gələcəyə doğru” və digər mövzularda narkomanlığa qarşı maarifləndirici-profilaktik mübarizə tədbirlərin, diskussiyaların keçirildiyi, tam orta məktəblərdə açıq dərslər, rəsm sərgiləri və inşa yazı müsabiqələri, çoxsaylı idman yarışlarının keçirilməsinin təşkil edildiyi, narkomaniyanın fəsadlarını əks etdirən xususi bukletlər paylandığı barədə söhbət açdı.

Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyasının Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev öz çıxışında bu məsələyə dövlət tərəfindən diqqət yetirildiyini, dövlət səviyyəsində keçirilmiş tədbirlər barədə, müsadirə edilmiş və məhf edilmiş narkotik maddələrin, onların prekursorları barədə statistik məlumatları bildirdi. Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, yazıçı Asif Kəngərli, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Şəhla Mirzəzadə öz çıxışlarında uşaq və gənclərə narkotik və psixotrop maddələr, onların dövriyyəsi, xüsusən son vaxtlar məktəblilər arasında geniş yayılaraq daha təhlükəli hal alması barədə ətraflı məlumat vermiş, slaydlar göstərilmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin antinarkotik mövzusunda əl işlərinin sərgisinə baxış keçirildi.

 

 “Narkotiklərsiz gələcəyə doğru” mövzusunda tədbir keçirilib...
 “Narkotiklərsiz gələcəyə doğru” mövzusunda tədbir keçirilib...
 “Narkotiklərsiz gələcəyə doğru” mövzusunda tədbir keçirilib...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam