Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanın builki dövlət büdcəsində -1,5 milyard manat qalıq yaranacaq

"Bu ilin 9 ayında Azərbaycanda iqtisadi sahədə olduqca müsbət nəticələrə nail olunub. Ölkə iqtisadiyyatı koronavirus (COVID-19) pandemiyasının yaratdığı tənəzzüldən sonra sürətlə bərpa olunmaqdadır".

Yenixeber.org: Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

"Yanvar-sentyabr aylarında ölkədə ümumi daxili məhsulun real artımı 4,8%, o cümlədən qeyri-neft sektoru üzrə artımı 6,2% təşkil edib. Dövlət büdcəsinin vergi və gömrük daxilolmaları proqnozda nəzərdə tutulandan müvafiq olaraq 1 milyard 67 milyon manat (20,2%) və 352 milyon manat (12,4%) artıq olub. Bu isə xərclərin proqnozdan az icra edilməsi şəraitində büdcədə 159 milyon manat qalığın yaranmasına səbəb olub. Halbuki, proqnoza görə 839 milyon manat büdcə kəsiri olmalı idi.

Bu ilin sonuna büdcə qalığının 1,5 milyard manat olacağı gözlənilir. Belə olan şəraitdə Dövlət Neft Fondundan (ARDNF) transfertinin 850 milyon manat az həyata keçirilməsi, həmin qənaət olunmuş vəsaitin gələn ilə ötürülməsi məqsədəuyğun hesab edilib", - o deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam