Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dövlət büdcəsinin gəliri və xərcləri belədir-AÇIQLAMA

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2021-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 15 milyard 937,5 milyon manat, xərcləri 15 milyard 626,8 milyon manat təşkil edib, büdcənin icrasında 310,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,6 faizi qədər profisit yaranıb.
Yenixeber.org: Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 14 milyard 76,1 milyon manat, xərcləri isə 13 milyard 681,6 milyon manat təşkil edib.

Daxilolmaların 21 faizi əlavə dəyər vergisi, 15,1 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,3 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,9 faizi fiziki şəxslərin gəlir vergisi, 4,3 faizi aksizlər, 1,3 faizi sadələşdirilmiş vergi, 2 faizi vergilərin digər növləri, 46,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 20,86 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 19,55 faizi təhsil və səhiyyənin, 14,30 faizi sosial müdafiə və sosial təminatın, 14,23 faizi ümumi dövlət xidmətlərinin, 7,61 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 23,45 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam