Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

"Pakistanla Azərbaycan arasında birbaşa uçuşlar olacaq" -Baş konsul

"Pakistan və Azərbaycan yüz ildən artıq davam edən tarixi əlaqələrə malikdir. Bu əlaqələr son bir neçə ildə və xüsusən indi - Azərbaycan torpaqlarını geri qaytardıqdan, şanlı Qələbənin əldə olunmasından sonra daha da möhkəmlənib. Ümid edirik ki, Pakistan və Azərbaycan arasında münasibətlər daha da inkişaf edəcək".

Yenixeber.org: Bu fikirləri Pakistan İslam Respublikasının İstanbuldakı Baş konsulu Bilal Xan Paşa bildirib.

Baş konsul xüsusilə son dövrlərdə Pakistanla Azərbaycan və Türkiyə arasında artan ticarət, siyasi, diplomatik əlaqələri yüksək qiymətləndirib və Azərbaycan xalqını Vətən müharibəsindəki tarixi Zəfərin birinci ildönümü münasibətilə təbrik edib:

"Dost və qardaş Azərbaycan xalqını tarixi və mənəvi əhəmiyyət kəsb edən Vətən müharibəsindəki qələbəsi münasibətilə təbrik edirəm. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu yaxınlarda Pakistandan Azərbaycana ticarət karvanı göndərmişik və eyni karvanın Azərbaycan məhsullarını Pakistana daşıyacağı da gözlənilir”.

O, iki ölkə arasında əlaqələrin daha inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb:

“Gələcəkdə insanlar arasındaki təmasların, əlaqələrin daha da güclənəcəyinə ümid edirik. Əlbəttə, artıq rast gəlinən haldır, lakin hesab edirəm ki bu, daha da intensivləşəcək.

Pakistan və Azərbaycan arasında birbaşa uçuşlar da olacaq. Daha çox turizm və səyahətlə bağlı imkanlar yaranacaq və bir zamanlar uğurlu ticarət yolu olan tarixi İpək yolu yaxın vaxtlarda Pakistan, Azərbaycan və Türkiyənin yeni ticarət əlaqələri üçün yenidən açılacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam