Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pakistanla hərbi əməkdaşlıq müzakirə edildi

Pakistanla hərbi əməkdaşlıq müzakirə edildi
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının yeni təyin olunmuş Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mujahid Ənvər Xan ilə görüşüb.
Yenixeber.org: Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, səfir Əli Əlizadə Mujahid Ənvər Xanı yeni təyinatı münasibətilə təbrik edib, iki ölkə arasında mövcüd olan səmimi münasibətlərin və səmərəli əlaqələrin hər iki ölkə rəhbərlərinin diqqət və qayğısı sayəsində günbəgün inkişaf etdiyini, Azərbaycanın Pakistanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini, bu əlaqələrdə hərbi-texniki əməkdaşlığın xüsusi önəm kəsb etdiyini və Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana göstərdiyi dəstəyin daim yüksək qiymətləndirildiyini bildirib.

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mujahid Ənvər Xan Pakistanla Azərbaycanın daim bir-birini dəstəkləyən ölkələr olduğunu qeyd edib, ölkələrimiz arasında möhkəm bağların, qarşılıqlı inam və hörmətin olduğunu, hər iki ölkənin ortaq mənəvi dəyərlərə və oxşarlıqlara sahib olduğunu vurğulayıb. Pakistan Hərbi Hava Qüvvələrinin Azərbaycan Hərbi Hava Qüvvələri ilə bütün sahələrdə səmərəli əməkdaşlığının, o cümlədən təcrübə mübadiləsi, sərgilərdə, təlimlərdə iştirakın davam etdiriləcəyini, qarşılıqlı səfərlərin və hər iki tərəfin bir birinə göstərdiyi dəstəyin daha da artırılacağını diqqətə çatdırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam