Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Azərbaycan-Pakistan əlaqələri: Siyasi müstəvidə əladır, bəs iqtisadi sahə?

 

 

                  “Azərbaycan Pakistanla ticarəti inkişaf etdirməkdə maraqlıdır”.

“Azərbaycanın səfiri Əli Əlizadə ölkəsinin Pakistanla ikitərəfli ticarəti daha da inkişaf etdirmək istədiyini söyləyib. Səfir hər iki ölkənin ticarət və iqtisadi əməkdaşlıq əlaqələrində bir çox sahələrdə genişlənmə imkanlarının böyük olduğunu bildirib”.

 Yenixeber.org: Bu cümlələr Pakistanın “thenews.com.pk” saytında yer alıb.

Sayt yazır:

İslamabad Ticarət və Sənaye Palatasında (ICCI) görüşü zamanı Azərbaycan səfiri yerli iş adamlarına müraciətində bildirib ki, Azərbaycan ilə Pakistan arasında siyasi səviyyədə mükəmməl əlaqələr qurulub: “Lakin ticarət və iqtisadi əlaqələr mövcud olan siyasi əlaqələrlə uyğun gəlmir. Bu səbəbdən hər iki ölkənin iqtisadiyyatı üçün yüksək faydalı nəticələr verəcək ticarət əlaqələrinin inkişafına ciddi ehtiyac var”.

Tədbirdə çıxış edən İslamabad Ticarət və Sənaye Palatasının prezidenti Sərdar Yasir İlyas Xan Pakistan ilə Azərbaycan arasında cəmi 16-17 milyon dollar civarında ikitərəfli ticarətin olduğunu vurğulayıb: “Hər iki ölkənin potensialını nəzərə alsaq bu, olduqca azdır. Əczaçılıq, kosmetika, cərrahi alətlər, idman malları, elektrik cihazları, tekstil, dəri məhsulları, mebel, qida və meyvə məhsulları, mühəndislik və istehlak malları, düyü də daxil olmaqla bir çox keyfiyyətli Pakistan məhsulları geniş əhatəyə malikdir. Azərbaycan bu məhsulların Pakistandan idxalına maraq göstərə bilər”.

Elbəyi Həsənli, Sürix
Azerbaijan keen to promote trade with Pakistan (thenews.com.pk)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam