Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Prokurorluq -Bakıdakı qətllə bağlı məlumat yayıb

Prokurorluq Bakıdakı qətllə bağlı məlumat yayıb

Oktyabrın 29-u saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini 1978-ci il təvəllüdlü Zakir Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan Yenixeber.org-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Anar Salmanovun yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Zakir Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam