Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tərtər sakini həmkəndlisini güllələyərək öldürüb-cinayət işi başlanıb

 

Tərtər sakini həmkəndlisini öldürdü
Oktyabrın 18-si saat 17 radələrində Tərtər rayonu Yuxarı Qapanlı kənd sakini 1986-cı il təvəllüdlü Murad Balacayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yenixeber.org: Tərtər rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1995-ci il təvəllüdlü Ziyadxan Aslanovun aralarında yaranmış mübahisə zamanı Murad Balacayevə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ziyadxan Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam